• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1347
— 20.11.2017 13:08

Mağaza yandı, sahibinə 200 manata yaxın ziyan dəydi

KepezTV Player

Qax şəhərinin mərkəzində, Ü.Hacıbəyov küçəsində yanğın olub. Hadisə Əmircan kənd sakini Baba Məmmədova məxsus mağazada baş verib. Ümumi sahəsi 80 kv.m olan qarışıq mallar mağazasının anbarı və içərisində olan malların çox hissəsi yanıb. Mağaza sahibinin dediyinə görə, yanğın zamanı ona təqribən 200 min manata yaxın ziyan dəyib. Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanan mağazanın dam örtüyü və malların bir qismi, ətrafdakı 10 mağaza yanğından mühafizə olunub. Hadisənin səbəbləri araşdırılır.

 

Zülfiyyə Telmanqızı