• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 773
— 20.11.2017 10:02

Dünyanın ilk elektrikli ofroudu “Ölüm yolu”ndan keçdi

Amerikanın Bollinger Motors startapı dünyanın ilk elektrikli yolsuzluq avtomobilinin testlərini davam etdirir. B1 adlı model Kolorado ştatında yerləşən “Ölüm yolu” adlı yerdən keçməyi bacarıb. 3091 metr hündürlükdə yerləşən bu yeri çınqıllı məntəqə adlandırırlar. O, özünün çətin daşlı yolları, dar keçidləri və çuxurları ilə fərqlənir. Buna qədər Bollinger modelinin yolu məşhur dağlardan və qumlu düzənliklərdən düşüb. Bollinger B1 avtomobilinin ictimai debütü yayda baş tutmuşdu. Maşın 360 at güclü elektro-mühərriklə təchiz olunub. Aqreqat seçimə görə 60 və ya 100 kilovatt-saat həcmli batareyalardan qidalana bilər. Birincidə gediş ehtiyatı təxminən 190 kilometr, ikincidə isə 320 km təşkil edir. Maşının klirensi 39 santimetrdir. Amma tənzimləyici hidropnevmatik asma ilə klirensi 50 və ya 25,5 santimetr arasında dəyişdirmək olar. Yolsuz avtomobilinin sifarişləri 2018-ci ildən qəbul olunacaq. İlk müştərilər maşınlarına 2019-cu ilin fevralından qovuşacaq.

 

Cavanşir Məmmədzadə