• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1992
— 20.11.2017 10:03

Maşınları 320 km/saat sürətlə hərəkət etdirən yol ixtira edildi

Hyperloop One-ın keçmiş direktoru Brogan Bembrogan tərəfindən əsası qoyulmuş Arrivo startapı yüksəksürətli şosse konseptini təqdim edib. Bu şosse ilə saatda təxminən 320 kilometr sürətlə hərəkət etmək mümkündür. Şirkətdən açıqlama verilib ki, analoji yolu ilk olaraq Kolorado ştatında tətbiq etməyi planlaşdırırlar. Yeni layihəyə görə, xüsusi platformalarda həm yüngül avtomobillər, həm də yük daşımaq olar. Onların bazasında hətta sərnişin modulları düzəltmək mümkündür. Platformaların şossedə hərəkəti maqnit levitasiyasının köməyilə yerinə yetirilir. Eksperimental yüksək sürətli şossenin tikilişi 2019-cu ilə təyin olunub. Kommersiya xarakterli istifadə üçün isə daha iki il də gözləmək lazım olacaq. Bu yolla Denver şəhərinin mərkəzi ilə aeroportu arasında vaxt 55 dəqiqədən 9 dəqiqəyə enəcək.

 

Cavanşir Məmmədzadə