• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 20.11.2017 10:01

Mozilla Firefox brauzerinin ən sürətli versiyası peyda oldu

Mozilla şirkəti Android, iOS, Windows, Mac və Linux üçün özünün Firefox brauzerində radikal dəyişiklik edib. Rəsmilər bildirirlər ki, Firefox 57 brauzerin ən sürətli versiyasıdır. O, Firefox Quantum adında yeni mərkəzi hissə əldə edib. Bununla proqramın məhsuldarlığı artır və səhifələrin açılması sürətlənir, yaddaşa isə qənaət edilir. Brauzerin dizayn və bir sıra əlavə funksiyalarında da dəyişiklər var. Deyilənə görə, Firefox 57, 52 versiyasını məhsuldarlığa görə iki dəfə üstələyir. Özü də yeni brauzer yaddaşı Google Chrome-dan 3 dəfə az yükləyir. Firefox 57 həmçinin yeni istifadəçi interfeysi - Photon qazanıb. Onun kvadrat nişanları və fərqli dizaynda menyusu peyda olub. Photon yüksək ölçülü ekranlar və sensorlu displeyi olan cihazlarla optimallaşdırılıb. Firefox yaradıcıları hətta bunu da iddia edirlər ki, onların yeni brauzeri izlənməkdən yüksək səviyyədə qorunur. Hazırda Firefox 57 brauzerini Mozillanın rəsmi saytından yükləmək olar.

 

Cavanşir Məmmədzadə