• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2347
— 17.11.2017 13:54

Milli Dirçəliş Günü münasibətilə dəyirmi masa keçirilib

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş idarəsi Gənclər evində 17 noyabr milli dirçəliş günü münasibətilə dəyirmi masa təşkil edib. Tədbirdə bu günün önəmindən danışılaraq, 1992-ci ilin 17 noyabr gününün yaranma tarixinə nəzər salınıb. Dirəçəliş gününün təqvim ilində ölkəmizin əlamətdar günləri sırasında mühüm yer tutduğu və azadlıq uğrunda atılan ən vacib addımlardan biri olduğu bildirilib. Azərbaycanlıların milli azadlıq hərəkatının müstəqilliyə apardığı yolun gənclərə aşılanmasının əhəmiyyətinə toxunulub. Yığıncaqda Gəncənin ali və orta ixtisas məktəblərində təhsil alan 30-dan çox tələbə iştirak edib.

 

Orxan Cəfərzadə