• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 17.11.2017 14:03

ADAU-nun müəllim-tələbə heyəti “İnnovasiya” Müsabiqəsi barədə məlumatlandırılıblar

KepezTV Player

ADAU-nun müəllim-tələbə heyəti İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyinin elan etdiyi “İnnovasiya” Müsabiqəsi barədə məlumatlandırılıblar. Müsabiqənin məqsədi və şərtlərindən söz açılıb. “İnnovasiya” Müsabiqəsi BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə elan edilib. Layihələrin qəbulu ASAN xidmətin təşəbbüsü olan “İdea Bank”ı vasitəsilə həyata keçirilir. 

 

Gülnar Fazilqızı