• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 16.11.2017 15:59

Respublikanın regionlarında müasir standartlara cavab verən 5 kitabxana istifadəyə verilib

KepezTV Player

Son 4 ildə Azərbaycanda Mərkəzi Kitabxana Sisteminin inkişafı ilə bağlı ölkə başçısı tərəfindən 5 sərəncam imzalanıb. Respublikanın regionlarında müasir standartlara cavab verən 5 kitabxana istifadəyə verilib. Bu fikirlər Gəncədə, "Xalqların qədim irsinin qorunması və təbliğində kitabların rolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda səsləndirilib. “Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində təşkil olunan kofransda MDB-nin iştirakçısı olan ölkələrin dövlət və milli kitabxanalarının nümayəndələri iştirak ediblər. Konfransda kitab və kitabxanaların önəmindən, bu sahənin inkişafı istiqamətində görülən işlərdən söz açılıb. “Kitabları Hədiyyə Edək” adlı aksiya çərçivəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Əməkdaşlıq Fondu tərəfindən Gəncə şəhərinin mədəniyyət və təhsil müəssisələrinə 120 adda kitab və müxtəlif çap məhsulları hədiyyə olunub.

Gəncə MDB-nin 2017-ci il mədəniyyət paytaxtı layihəsi çərçivəsində bir sıra əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Dekabrda isə Gəncə Dövlət Filarmoniyasında təntənəli bağlanış mərasimi olacaq. Bu gün reallaşan konfrans isə kitabxanalar və kitabxanaçılar arasında əlaqələrin genişləndirilməsinə, Gəncədə bu sahədə infrastrukturla tanış olmaq baxımıəndan əhəmiyyətlidir.

Qalina Raykova Rusiya Dövlət Kitabxanasının əməkdaşı, Avrasiya Kitabxanalar Assambleyasının baş direktoru:“Burada müzakirə edilən məsələlər kitabxanalararası əlaqə üçün əhəmiyyət daşıyır. Bu bizim kitab mirasımızın qorunmasını təmin edəcək və MDB-də yaşayan bütün vətəndaşlar üçün əlçatanlığa imkan yaradacaq”.