• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 16.11.2017 15:53

Göygöl məktəbliləri Şimal bölgəsini daha yaxından tanıyacaq

KepezTV Player

Göygöllü məktəblilər də “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulub. Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskurisiyaya təhsildə fərqlənən, müxtəlif idman yarışlarının və olimpiyadaların qalibi olan 40 şagird yollanıb. Bununla onlar qarşıdakı 4 gün ərzində şimal-qərb rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri ilə tanışlıq imkanı əldə edəcək. Heydər Əliyev Mərkəzindən yola salınan şagirdlərə maarifləndirici xarakter daşıyan aksiyadan dünya görüşlərini artırmaq üçün yararlanmaq töfsiyyə olunub.

Mürsəl Verdiyev tur-aksiya iştirakçısı: Qəbələ-Şəki-Zaqatala zonasına gəzintiyə gedirik. Həmişə arzumuz olub ki öz sinif yoldaşlarımızla bu aksiyada iştirak edək. Çox sevinirəm ki rayonumuzun uşaqları ilə bu istəyimizə çatdıq.

Gülmira Hüseynova tur-aksiya iştirakçısı: Mən orada heç olmamışam. Məktəbdə dostlarım gedirdi məndə getdmək istəyirdim. Mən ən böyük arzularımdan biri bu gün reallaşdı. Çox sevincliyəm.

Natiq Hüseyn