Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.11.2017 14:56
17 yaşlı futbolçuların Azərbaycan birincliyində X turun oyunları keçirilib
Hesabat turunun mərkəzi görüşü Gəncədə reallaşıb. “Kəpəz” və “Qəbələ” klublarının müvafiq yaş qrupu üzrə komandaları Nizami yurdunda qarşılaşıb. Birinciliyin lideri olan qonaqlar bu oyuna kimi turnir cədvəlində 3-cü pillədə olan meydan sahiblərinə qarşı matçı qələbə ilə başa vurublar. Hər hissədə bir qol vuran qəbələlilər Gəncə səfərində 2:0 hesabı ilə qalib gəlib. Məğlubiyyət “Kəpəz” turnir cədvəlində mövqeyini itirməsi ilə nəticələnib. 18 xalı olan komanda 5-ci pilləyə düşüb.
Azad Rəfi
- Baxış: 480
