• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 14.11.2017 13:27

Dünya futbolu çalxalanır. Rusiyadakı dünya çempionatı İtaliyasız keçiriləcək

Futbol üzrə dünya çempionatı 2018-in pley-off mərhələsinin cavab oyunları davam edir. Keçirilən daha bir görüşdə mundiala yollanan növbəti milli bəlli olub. Bu qarşılaşmada İtaliya evdə İsveçi qəbul edib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb. İlk görüşdə 1:0 hesablı qələbə qazanan İsveç millisi mundiala vəsiqə qazanıb. Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildən sonra dünya çempionatına yollana bilməyiblər. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya yenidən azarkeşlərini üzüb.

 

DÇ-2018, pley-off oyunları

Avropa zonası

Cavab qarşılaşmaları

13 noyabr

 

İtaliya – İsveç - 0:0

İlk oyun: 0:1

 

Orxan Cəfərzadə