• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 11.11.2017 17:23

“Ölkəmizi tanıyaq” devizi altında növbəti maarifləndirici tur-aksiyalara start verilib

KepezTV Player

 Məktəblilərin payız tətili günlərində Gəncədən olan şagirdlər ölkəmizin cənub zonasına yola düşüb. Heydər Əliyev Mərkəzinin girişindəki Zəfər Tağının qarşısında reallaşan mərasimdə aksiyanın ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, mədəni irsi, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq olduğu vurğulanıb. Ardından şəhərin müxtəlif məktəblərindən olan 40 şagird Lənkəran, Masallı və Astara turuna yollanıb.