• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 853
— 11.11.2017 15:40

Samux məktəbliləri cənub bölgəsini daha yaxından tanıyacaq

KepezTV Player

Samux məktəbliləri də tur-aksiya çərçivəsində Lənkəran-Masallı-Astara marşrutu üzrə ekskursiyaya yollanıblar. Yola salınma mərasimində 17 şagirdin 4 gün ərzində bölgənin mədəni-tarixi abidələri, müasir inkişafı ilə yaxından tanış olmaq, adət-ənənələrini öyrənmək imkanı olduğuna diqqət çəkilib. Bu cür səyahətlərin ölkəmizi daha yaxından tanımaq baxımından yaxşı imkan yaratdığı vurğulanıb. Mərasimin ardınca şagirdlər xüsusi avtobusla cənub bölgəsinə yola düşüblər.

Natiq Hüseyn