• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 10.11.2017 15:27

Prezident İlham Əliyev Gəncədə sosial və iqtisadi təyinatlı infrastruktur obyektlərin açılışını edib

KepezTV Player

Prezident İlham Əliyev Gəncə şəhərinə səfər edib. Əvvəlcə dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edən ölkə rəhbəri 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları ilə tanış olub. Altımərtəbəli binada kitab satışı da həyata keçiriləcək, açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və 2 korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib. Sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb. “Majestic Palace” otelinin tikintisi ilə tanış olan dövlət başçısına 104 yerlik 7 mərtəbəli binada 120 nəfərlik restoran, 20 yerlik iclas zalı, 50 avtomobil yerlik yeraltı dayanacağın inşa edildiyi barədə məlumat verilib. Yeni oteldə 50 nəfər işlə təmin ediləcək. Prezident İlham Əliyev “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə də tanış olub. 8 mərtəbədən ibarət binada alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur. Burada aptek, mağazalar, müxtəlif restoranlar və “Cinema Plus” kinoteatrı da yerləşir. Dövlət başçısı ticarət mərkəzindəki “Bravo” supermarketində şirniyyatın dadına baxıb. İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binası da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Yaradılan şəraitlə tanış olan ölkə rəhbərinə 2140 şagird yerlik təhsil ocağının hərəsi 4 mərtəbədən ibarət 2 korpusuda 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufetı olduğu barədə məlumat verilib. Hazırda məktəbdə 1157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur. Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilən 514 yerlik yataqxana kompleksinin açılışını da edib. Dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusda 257 otaq var. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin də açılışı olub. Dövlət başçısı “modul” tipli topdansatış mərkəzləri, saxlama anbarları və soyuducu kameralar, kompleksin meyvə-tərəvəz satışı sahəsi ilə tanış olub. Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Mirzə Şəfi Vazeh muzeyinin açılışını edib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən 2 mərtəbəli binada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər, həmçinin mütəfəkkirin 220 illik yubileyi ilə bağlı Gəncə nəşrləri nümayiş olunur. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb. Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının da açılışı olub. Prezident İlham Əliyev Əziz Əliyevin parkdakı abidəsi önünə gül dəstəsi qoyub və yaradılan şəraitlə tanış olub.

 

Fərid Mehdizadə