• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2396
— 07.11.2017 17:59

Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə Respublika səviyyəli turnir keçirilib

KepezTV Player

Yarış mərhum məşqçi, SSRİ idman ustası Müzadil İmanovun əziz xatirəsinə həsr olunub.

Yarışın açılış mərasimində mərhum mütəxəssisin məşqçilik fəaliyyətinə nəzər salınıb, onun güləş idman növünün inkişafı istiqamətində göstərdiyi xidmətlərdən bəhs olunub. Ötən il keçirilən və bu il sayca ikinci olan turnirin uşaq və yeniyetmə güləşçilər üçün ciddi sınaq meydanı olduğu diqqətə çatdırılıb. Cari yarışda iştirakçı sayının artdığı da turnirə olan böyük marağın sübutu kimi qiymətləndirilib. Bədii hissədə zəngi musiqisinin sədaları altında pəhləvanların güc nümayişi və güləşçilərin nümunəvi çıxışları idmansevərlər tərəfindən coşğu ilə qarşılanıb. Açılış mərasimindən sonra mübarizəyə start verlib. Bununla da, 24 komandanın 400-dən çox üzvü mükafatlar uğrunda döşək üzərinə çıxıb.  

Yarışda Gəncə, Bakı, Sumqayıt, Qazax, Lənkəran, Göyçay və digər şəhər və rayonların güləşçiləri yanaşı, Dağıstanı təmsil edən Dərbənd idmançıları da iştirak edib.

10 çəki dərəcəsində keçirilən yarış nəticələrinə əsasən, 20 kq-da Muhamməd Məmmədov, 23-də Həsən Həsənov, 26-da Vasif Bağırov hamısı Gəncə, 29- kq da Nurlan Ağazadə Beyləqan, 32-də Nihat Mustafazadə, 35-də Arzuman Dərgahquliyev hər ikisi Qazax, 38-də  Əbdürəhman İbrahimov Gəncə, 42-də Ramiq Heybətov Astara, 47-də Sənan Qurbanov Beyləqan, 55-də Sakit Əhmədov Gəncə, 63 kq da Məhəmməd Məmmədov Göyçay turnirin qalibi olub. Mükafatçılara medal, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Azad Rəfi