• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1934
— 24.10.2017 16:14

Gəncə cüdoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb

KepezTV Player

Gəncə Olimpiya İdman Klubunun cüdo bölməsinin idmançıları növbəti dəfə ölkəmizi beynəlxalq turnirdə təmsil ediblər. Tatami ustalarının bu dəfəki çıxışı da uğurlu alınıb.

Polşanın Varşava şəhərində keçirilmiş yarışda Azərbaycan komandasının tərkibində Gəncə Olimpiya İdman Klubunun 3 üzvü mükafatlar uğrunda mübarizə aparıb. Məşqçi Araz Muxtarovun yetirmələrindən Nihat Sultanlı, Bəxtiyar Məmmədov və Əli Əhmədov tatami üzərinə çıxıb. Onlardan yalnız sonuncu mötəbər yarışda medal qazanıb. Komanda yoldaşları ilə müqayisədə finala kimi irəliləyən Əhmədov 55 kq-da gümüş mükafata layiq görülüb.

Əli Əhmədov beynəlxalq turnirin gümüş mükafatçısı: “Bu yarış ciddi hazırlaşmışqdıq, gərgin məşqlər keçmişdik. Beş görüş keçirdim, ən çətin görüşüm finalda oldu. Uduzub ikinci yerə çıxdım”

Araz Muxtarovun sözlərinə görə, yetirməsi finalda hakim qərəzinin qurbanı olub.  

Araz Muxtarov GOİK-in cüdo bölməsinin baş məşqçisi: “Əli əslində finaldada qalib gəlmişdi, ippon fəndi atsa da, hakimlər vazari kimi qiymətləndirdilər. Rəqib yerli olduğu üçün yetirməmə yersiz yerə şido xəbərdarlıqları verib uduzdurdular”.

Gəncə Olimpiya İdman Klubunun cüdoçuları ilk dəfə belə nüfuzlu turnirdə güclərini sınamaqla yanaşı, yarışdan sonra beynəlxalq təlim-məşq toplanışında da iştirak ediblər. Odur ki, Polşa səfəri cüdoçular üçün böyük təcrübə olub.

Gəncə Olimpiya İdman Klubunun üzvləri buna kimi Türkiyə və Gürcüstanda reallaşan turnirlərdə uğurla yarışıblar.

Azad Rəfi