• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2017
— 24.10.2017 16:13

Ronaldo 7-ci dəfə ən yaxşı oldu

FİFA ötən ilin ən yaxşılarını mükafatlandırıb. İngiltərənin paytaxtı Londonda keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olub. İlin ən yaxşı kişi futbolçusu adına portuqaliyalı Kriştianu Ronaldo layiq görürlüb. Ən çox səs toplayan hücumçu digər iki rəqibi - Lionel Messi və Neymarı deridə qoyub. Ulduz futbolçu ötən mövsüm “Real”la birlikdə Çempionlar Liqasını, İspaniya La Liqasının və klublar arasında dünya çempionatının qalibi olub. O, həmçinin ÇL-nin bombardiri adına da yiyələnib. Bundan başqa FİFA ən yaxşıların adlarını da açıqlayıb. Nominasiyalar üzrə ən yaxşı qadın futbolçu niderlandlı Like Martens, ən yaxşı baş məşqçi Madrid “Real”ının çalışdırıcısı Zinəddin Zidan, ən yaxşı azarkeş Şotlandiyanın "Seltik” klubunun tərəfdarları seçilib. İlk dəfə olaraq tərtib edilən ən yaxşı qapıçılar nominasiyasında isə İtaliya millisinin və “Yuventus”un "çərçivə qoruyucusu" Canluici Buffon bütün rəqiblərini qabaqlayıb. 

Orxan Cəfərzadə