• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1500
— 24.10.2017 15:08

Asan Xidmət yenidən Göygöldə

KepezTV Player

“ASAN Xidmət” Mərkəzinin səyyar avtobusu şəhər və rayonlarda fəaliyyətini davam etdirir. Səyyar avtobus Samuxdan sonra yenidən Göygölə gəlib. “ASAN Xidmət” əməkdaşları  oktybar ayının 23-dən noyabr ayının 6-dək bu rayonla yanaşı ətraf şəhər və rayonların sakinlərinə də xidmət edəcək. Bu müddət ərzində asan xidmət əməkdaşları 10 dan çox dövlət orqanın xidmətlərini səyyar qaydada həyata keçirəcəklər. Səyyar avtobus buna qədər 3 dəfə Göygölə səfər edib və 7500-ə yaxın vətəndaşa xidmət göstərilib. Yerli sakinlər daha çox şəxsiyyət və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi eləcədə sürücülük vəsiqələrinin yenilənməsi və notariatla bağlı xidmətlərdən daha çox yararlanıblar. Səyyar avtobusun Göygöldən sonra Şəmkir rayonunda fəaliyyəti planlaşdırılır.

Nail Məmmədov qrup rəhbəri: Biz bu dəfə də notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə də müxtəlif dövlət strukturlarına aid digər xidmətlər göstərəcəklər. Bu xidmətlərdən Göygöllə yanaşı Samux Daşkəsən Tovuz Ağstafa eləcədə digər şəhər və rayonların sakinləridə yararlana biləcək.

Natiq Hüseyn