• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2105
— 23.10.2017 12:58

Şəmkirin dağ kəndində xəstəxana binası əsaslı şəkildə yenilənib

KepezTV Player

Şəmkirin Çənlibel kəndində yaşayanlar səhiyyə xidməti üçün başqa məntəqələrə və rayon mərkzinə getməyəcək. Kəndə istifadəyə verilən xəstəxana 7 yaşayış məntəqəsini əhatə etməklə 15 çarpayılıqdı. 27 tibb  işçisinin çalışdığı tibb ocağında terapiya, stomatologiya, ginekologiya, eləcə də ilkin tibbi yardım şöbələri fəaliyyət göstərir. Əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olanlar rayonun Sabirkənd, Atabəy, Ələsgərli, Qaracəmirli, Qapanlı və Könüllü kəndlərində mövcud tibb məntəqələrinin yeniləndiyini, Kür qəsəbə xəstəxansında aparılan əsaslı təmir işlərinin gələn il yekunlaşdırılacağını vurğulayıblar. Həmçinin ölkə başçısının sərəncamına əsasən Şəmkirdə 190 çarpayılıq yeni xəstəxana  kompleksinin inşasının davam etdirildiyi önə çəkilib.

Elçin Əliyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini: Ətraf dağ kəndləridə bu xəstəxanaya müraciət edir. Xəstəxanada hal-hazırda 3 həkim fəaliyyət göstərir. Terapevt stamotoloq və ginekoloq ixtisasi üzrə həkimlərimiz var. İki vakant yerimizdə var. Pediatr və bir terapevt həkim yerimiz var.

Natiq Hüseyn