• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1899
— 19.10.2017 17:04

Göygöldə 2 milyon manata yaxın məhsul istehsal olunub

KepezTV Player

Bu ilin 9 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Göygöldən olan 16 sahibkara 187 min manat güzəştli kreditlər verilib ki, nəticədə 234 nəfər daimi iş yeri ilə təmin olunub. Hesabat dövrünün nəticələrinin müzakirə edildiyi toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin rayona səfəri, Qələbə parkı, müasir tələblərə cavab verən körpələr evi-uşaq baxçası, Çiçəkli su-elektrik stansiyası, Respublika Suni Mayalanma Mərkəzi, Aqrokimya, Bayrtarlıq və Toxumçuluq laboratoriyalarının istifadəyə verilməsi əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyinə diqqət çəkilib. Rayonun 5 küçəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. 36 çoxmərtəbəli yaşayış binasında dam örtükləri yenilənib, Üçtəpə və Xasabağ kəndlərində yeni məktəb binaları istifadəyə verilib. Yığıncaqda əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təchizatı ön planda olub, qarşıda duran vəzifələr təhlil edilib.

Natiq Hüseyn