• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 875
— 18.10.2017 14:12

“Qarabağ”ın 3-cü sınağı

Bu axşam qitənin ən nüfuzlu klub turnirində daha 4 qrupda 8 qarşılaşma baş tutacaq. Sözsüz ki, azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi görüş Bakıda oyanılacaq. Ölkəmizi yarışda təmsil edən Qarabağ paytaxtda Atletikonu qəbul edəcək. C qrupunda çıxış edən ağdamlılar bundan qabaqkı oyunlarda xal üzünə həsrət qaldığı üçün bu görüşdə güclü rəqibindən ən azı 1 xal almaq niyyətindədi. Köhlən atların heyətində əsas qol silahı olan Dino Ndlovu meydana çıxmıya bilər. Ölkə çempionatının son turunda zədələnən afrikalı hücumçunun oynayıb-oynamayacağı məlum deyil. Ndlovunun 11-likdə yer almayacağı təqdirdə onu Mahir Mədətov və ya Ramil Şeydayev əvəzləyəcək. Atletikonun heyətində isə zədəli və ya cəzalı oyunçu yoxdu. Madridlilər Bakıda çempionlar liqasının debütantı olan Qarabağ qarşısında maksimum nəticə əldə etməyi planlaşdırıblar. Qarabağ – Atletiko oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 20-də çalınacaq.


Çempionlar Liqası

Qrup mərhələsi

III tur

C qrupu

 

20:00. “Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya)

Baş hakim: Ruddi Buke

Baş hakimin köməkçiləri: Giyom Debar, Frederik Kano

Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie

Dördüncü hakim: Bertrand Juanno (hamısı Fransa)

Bakı Olimpiya Stadionu

 

1

Çelsi

2

2

0

0

8-1

6

2

Roma

2

1

1

0

2-1

4

3

Atletiko

2

0

1

1

1-2

1

4

Qarabağ

2

0

0

2

1-8

0

 

 

Orxan Cəfərzadə