• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 18.10.2017 13:21

Samuxlular müstəqillik günündə yaşıllıq aksiyası keçirib

KepezTV Player

Müstəqillik günü Samuxda ekoloji aksiya ilə yadda qalıb. Rayon ictimayyəti kütləvi ağacəkmə aksiyasına qatılıb. Samux-Kür yolunun kənarını əhatə edən aksiyada 3 minə yaxın şam, çinar və müxtəlif növ meyvə ağacları əkilib. Basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstərilib, eyni zamanda əvvəllər əkilən ağacların suvarılması da aparılıb. Aksiya çərçivəsində iməcəlik də keçirilib. Ərazi tullantılardan və alaq otlarından təmizlənib. Rayonunda mütəmadi olaraq keçirilən analoji tədbir çərçivəsində bu ilin geridə qalan dövrü ərzində 12 minə qədər eldar şamı və iqlim şəraitinə uyğun digər ağac növləri əkilib.

Natiq Hüseyn