• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 821
— 16.10.2017 15:12

Qərb bölgəsində ipəkqurdlarının yeni hibritləri alınıb

KepezTV Player

Heyvandarlıq Elmi Tətqiqat İnistitutunun Baramaçılıq laboratoriyasının genofondunda 82 ipək qurdu cinsinin saflığı qorunub saxlanılır. Bu il ərzində laboratoriyanın elmi işçiləri tərəfindən həmin cinslərdən yeni toxumlar götürülüb. Hazırda həmin toxumlar üzərində seleksiya işləri gedir.

Laboratoriyada 1 aydan artıq aparılan seleksiya işləri genofondda saxlanılan 82 ipək qurddan alınan 36 hibritin 20-də yekunlaşıb. Mikraskop müayinəsi nəticəsində xəstə olan kəpənəklər vaxtından qabaq aşkarlanaraq kənarlaşıdırılır. Məqsəd inkubasiya dövründə ipək qurdlarında yarana bilinəcək xəstəliklərin qarşısını almaqdır. Yoxlanılan toxumlar xüsusi hazırlanan torbalara yığılır ki, ipək qurdu toxumları inkubasiyaya kimi sağ qala bilsin.

Turanə Məmmədova -Heyvandarlıq Elmi Tətqiqat İnstitutunun Baramaçılıq laboratoriyasının müdiri: Altı cinsdən istifadə etmişik. Bunlardan da daha yüksək göstəricisi olanı, əlverişli mühitə dözümlü olanı biz götürmüşük. Hibritlər keçən il alınıb bu il yemləndirilib və bundan sonra da iki il də yemləndiriləcək. Hansı hibrit həm bialoji həm texnaloji həm də məhsuldarlıq baxımından yaxşı göstərsə onun toxumunu kütləvi çoxaldıb fermerlərə təklif oluna bilər.

Bu ay ərzində seleksiya işləri yekunlaşdıqdan sonra ipək qurdları Şəki İpək Kombinatının soyuducularına göndəriləcək. Aprel ayın da isə yenidən laboratoriyaya qaytarılaraq üzərində elmi araşdırmalara başlanılacaq.

 

Elnur Vahidoğlu