• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3178
— 12.10.2017 15:40

Gəncə cüdoçuları region yarışında birinci oldular

KepezTV Player
Azərbaycan Cüdo Federasiyası tərəfindən Şəmkirdə keçirilən region birinciliyində Gəncə təmsilçiləri rəqiblərindən daha yaxşı çıxış ediblər. Nizami yurdunun cüdoçuları 6 şəhər və rayonun idmançılarından üstün olub.
 Qərb bölgəsi üzrə birincilikdə Gəncə ilə yanaşı, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Samux və Göy-Göldən olan komandalar mübarizə aparıblar.
Yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar. 2004 - 2006-cı il təvəllüdlü kiçik yaşlı yeniyetmə cüdoçuların mübarizəsində Gəncə Təhsil Respublika İdman Mərkəzinin komandası 7 qızıl, 9 gümüş və 10 bürünc medalla birinci olub.
 2001-2003-cü il təvəllüdlü cüdoçuların yarışında da gəncəli tatami ustaları fərqlənib. 1 saylı Uşaq Gənclər İdman Məktəbinin komandası ümumi hesabda birinci yeri tutub. İdman məktəbi region birinciliyində 4 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.
 Azad Rəfi