• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 06.10.2017 14:39

Niderland Krallığının səfiri ADAU-da mühazirə söylədi

KepezTV Player

Niderland Krallığının Azərbaycandakı səfiri Vitae Onno Kerves Azərbaycan Dövlət Aqrar Universitetində olub. Rektor İbrahim Cəfərovla görüşən qonağa, ali təhsil müəssisəsinin tarixi, təhsil prosesi barədə məlumat verilib. Universitetin son illərdə daha da möhkəmləndirilən maddi texniki bazasından, genişlənən beynəlxalq əlaqələrindən söz açılıb. Görüşdə ADAU-nun Niderlandın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin inkişaf prespektivləri də müzakirə olunub. Görüşdən sonra səfir Vitae Onno Kerves universitetin aqrobiznes və idarəetmə fakultəsinin professor-müəllim və tələbə heyəti ilə görüşüb. “Aqronomluq” və “İqtisadiyyat” ixtisasları üzrə təhsil alan ingilis dilli tələbələr üçün “İkitərəfli münasibətlər və Niderland Klrallığında kənd təsərrüfatının inkişafı” mövzusunda mühazirə söyləyib.

 

Gülnar Fazilqızı