• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 748
— 02.10.2017 14:21

Respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı keçirilir

KepezTV Player

Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 10-dan oktyabrın 10-dək respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı keçirilir. Bu məqsədlə Goranboyun orta ümumtəhsil müəssilərində maarifləndirici tədbirlər aparılır. Məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir. Həmçnin məktəblərdə şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır. Görüşlərdə yeniyetmələrə yol nişanları və piyada keçidləri haqqında da bilgilər verilib.

Aftandil Mayılov - inspektor: Bunula bağlı Goranboyda yerləşən məktəblərdə oxuyan orta və aşağı sinif şagirdləri ilə yol hərəkəti haqqında təbliği söhbətlər apardıq, uşaqları maarifləndirdik. O çümlədən müəllimlərlə də görüşdük onların mütamadi olaraq dəsrlərdə yollarda təhlükəsziliklə bağlı söhbətlərin aparılmasını tövsüyyə etdik.