• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1946
— 22.09.2017 13:08

Oğurluq edən şəxs narkotiklə yaxalandı

KepezTV Player

Hacıqabulda məscidlərdən birində oğurluq olub. Bu barədə rayon polis şöbəsinə ərizə ilə müraciət olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 39 yaşlı Sirac Cahangirov saxlanılıb. Onun üzərindən 0,161 qram heroin aşkar edilərək götürülüb. Oğurlanan əşyalar –ümumilikdə dəyəri 200 manat olan su nasosu, səsgücləndirici və maqnitafon maddi sübut kimi götürülərək istintaq işinə əlavə edilib. Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı