• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1684
— 22.09.2017 12:59

Evdən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

KepezTV Player

Paytaxtın 8-ci kilometr qəsəbəsində oğurluq hadisəsi olub. Evə daxil olan oğrular 20 min manatlıq qızıl-zinət əşyalarını götürüblər.

Hadisə İsmayıl Məmmədov 17, mənzil 4 ünvanında qeydə alınıb. Ev sahibi Natiq Abdiyev ailə üzvləri ilə birgə toyda olan zaman naməlum şəxs və ya şəxslər içəriyə pəncərədən daxil olaraq, külli miqdarda qizil-zinət əşyalarını oğurlayıblar. Abdiyevə 20 min manat dəyərində ziyan dəyib.

Nizami rayon 24-cü polis bölməsinin əməkdaşları hadisə yerində lazımi ekspertizalar aparıblar və barmaq izləri götürüblər. Hadisəni törətmiş şəxslərin yaxalanması istiqamətində axtarışlar davam etdirilir.

 

Zülfiyyə Telmanqızı