• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1862
— 22.09.2017 10:02

Audi Elain sürücünün sağlamlığına nəzarət edəcək

Frankfurt şousunda Audinin ikinci elektro-konsepti kupe formalı Elaine krossoveri oldu. Prototipin Fit Driver adlı sistemi sürücünün fizioloji vəziyyətini izləməklə məşğuldur. O, ehtiyac olduqda sakitləşdirici tənəffüs təlimləri təklif edir. Audi Fit Driver-də toplanan məlumatlar xüsusi bilərzik vasitəsilə əldə olunur. O, bədənin temperaturunu və ürək döyüntüsünü analiz edir. Əgər elektronika sürücünün güclü stress keçirdiyini müəyyənləşdirsə, o zaman sistem oturacaqlardakı massajı işə salacaq, salonun işıqlanmasını ya da klimat kontrolun iş rejimini dəyişəcək. Prototip A8 sedanından yenilənmiş zFAS adlı süni intellekt mənimsəyib. O, maşını sərbəst şəkildə 130 km/saat sürətədək idarə edə bilir. Avtomobil hətta digər nəqliyyat vasitələri, infrastruktur obyektləri ilə əlaqə yaratmaq və həmçinin insanın iştirakı olmadan parketmə gücündədir. Elaine biri ön oxda, qalanları arxa oxda yerləşdirilən üç elektromotorla hərəkətə gəlir. At gücü isə adi rejimdə 430, gücləndirilmiş rejimdə isə 460-a çatır. Maşına 4,5 saniyə lazımdır ki, ilk yüzü yığa bilsin. 95 kilovatt-saat həcmli batareyaya həm induksiya, həm sürətli şarjla enerji doldurmaq olar.

 

Cavanşir Məmmədzadə