• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 22.09.2017 12:11

Gədəbəy sakini ata və anasının qatili oldu

KepezTV Player

Gədəbəy rayonunun Qurudərə kəndində dəhşətli qətl hadisəsi baş verib. Şöhrət Məsimov baş verən ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqlaraq öldürüb. Qatil oğul daha sonra hadisə yerini tərk edib. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb. Spirtli içki düşkünü olduğu deyilən Şöhrət ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış, o bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sonra məlum hadisə qeydə alınıb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Vüsalə Camal