• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 21.09.2017 14:18

Bu gün Avropa çempiontının qrup mərhələsinin Göygöldə keçiriləcək oyunlardan öncə mətbuat konfransı təşkil edilib

KepezTV Player

Tədbirdə Niderland, Serbiya, Çexiya və Belçika yığmalarının baş məşqçiləri və kapitanları media nümayəndələrinin suallarını cavablandırıblar. Qitə çempionatının iştirakçıları yarışa hazır olduqlarını, oyunların gərgin mübarizə şəraitində keçəcəyini vurğulayıblar. Mətbuat konfransında yarışa ev sahibliyi edən Azərbaycanın favoritlərdən sırasında yer aldığı bildirilib.

Ceymi Morrison – Niderland yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində uduzduğumuz Azərbaycanla yenidən qarşılaşmaq istəyərdik. Əgər yığmanızla üz-üzə gəlsək nəticəyə əsasən məlum olar ki, məğlubiyyətimiz təsadüfüydü yoxsa biz güclüyük. Düzdür qrupdan çıxddıqdan sonra Azərbaycanla görüşmək şansımız çox çətindi. Çünki çarpaz qruplardayıq. Ümid edirik ki, biz Azərbaycanla finalda qarşılaşacağıq və bu, revanş üçün əla şans olacaq.

Maret Balkesteyn - Niderland yığmasının kapitanı : Azərbaycan çox güclü komandadı. Evdə oynaması yığmanız üçün böyük üstünlükdür. Düşünürəm ki, ölkəniz yarışın favoritlərindən biridir.

Orxan Cəfərzadə