• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 20.09.2017 13:38

AFFA-nın aşağı yaş qrupları arasında keçirdiyi Azərbaycan birinciliyində yeni mövsümə start verilib

KepezTV Player

İlk olaraq mübarizəyə 17 yaşadək futbolçulardan ibarət komandalar qoşulub. Gəncənin “Kəpəz” klubunun müvafiq yaş qrupu üzrə komandası yarışda ilk ev oyununu qələbə ilə başa vurub. Birinci turda səfərdə İmişlinin “Mil-Muğan” komandasını məğlub edən gəncəlilər doğma meydanda Ağsunun eyniadlı təmsilçisinə 3:0 hesabı ilə qalib gəliblər. İki turdan sonra “Kəpəz” 6 xalla 12 kollektivin çıxış etdiyi birinciliyin lideridir. Nizami yurdunun təmsilçisi növbəti görüşünü sentyabrın 25-də səfərdə “Neftçi”yə qarşı keçirəcək.

 

Orxan Cəfərzadə