• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1958
— 20.09.2017 14:58

Futbol üzrə İspaniya La Liqasında 5-ci tura start verilib.

İlk oyun günü iki qarşılaşma oynanılıb. Valensiya – Malaqa görüşündə yarasalara rəqibini 5 cavabsız qolla darmadağın edib. Tablonu 17-ci dəqiqədə Santi Mina hərəkətə gətirib. Ardınca 55, 60 və 63-cü dəqiqələrdə Simone Zaza fərqlənərək het-trik müəllifinə çevrilib. Oyunda son nöqtəni isə 86-ci dəqiqədə Rodriqo qoyub. Bu qələbəylə Valensiya müvəqqəti də olsa turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Digər qarşılaşmada lider Barselona Kamp Nouda Eybarı sınağa çəkib. Katalonlar Lionel Messi  və Paulinyonun vurduğu qollarla fasiləyə 2:0 öndə yollanıb. 53-cü dəqiqədə Denis Suares də qol vuranlarında siyahısına qoşularaq fərqi 3 top yüksəldib. 4 dəqiqə sonra qonaqlardan Sergi Enrik buraxılan toplardan birinin əvəzini çıxıb. Ancaq oyunun sonuna kimi barsa daha 3 dəfə rəqib torunu silkələyib. 59, 62 və 87-ci dəqiqələrdə adından söz etdirən Messi poker etməklə yanaşı komandasının 6:1 hesablı qələbəsində böyük rol oynayıb. 

Orxan Cəfərzadə