• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 20.09.2017 13:04

Narkotik istifadəçiləri yaxalandı

KepezTV Player

Neftçala RPŞ və Rayon Mühafizə Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qədimkənd kənd sakini, əvvəllər məhkum olunmuş Əlisafa Əhmədovun yaşadığı evə baxış keçirilib. Bu zaman kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, 182,2 qram marixuana, ümumilikdə 206,17 qram tiryək və tiryək xaş-xaşı aşkar edilərək götürülüb. Daha bir əməliyyat Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilib. Şəhər sakini Elçin Tağıyevdən 875 qram tiryək götürülüb. Ağ ölümün girdabına keçən daha bir şəxsi isə Sumqayıt polisi yaxalayıb. Şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Rzayevdən 470 qram marixuana götürülüb. Bütün faktlar araşdırılır.

 

Zülfiyyə Telmanqızı