• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 825
— 20.09.2017 13:02

Biləsuvar qəza - 5 nəfər dünyasını dəyişdi

KepezTV Player

Biləsuvarda baş verən daha bir qəzada 5 nəfər dünyasını dəyişib. Hadisə bu gün səhər saatlarında Ələt- Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Samir Qasımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili qarşı tərəfdən gələn mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb. Qəzanın təsirindən hər iki avtomobil magistraldan çıxaraq yol kənarına düşüb. Nəticədə sürücü Samir Qasımov, sərnişinlər- Gərmətük kənd sakini Çingiz Nağıyev, Kosalar kənd sakinləri - Mahir Əhmədov,anası Pəri Əhmədova və qohumu İlhamə Kazımova dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə "Mercedes C-Class" markalı avtomobilin sürücüsünün digər avtomobilə yol verməməsi səbəbindən baş verib. "Mersedes E-Class" "Mercedes C-Class" markalı avtomobili ötüb və həmin avtomobilin qarşısında hərəkət edən "KamAZ"-ı da keçmək istəyib. Bu an qarşı istiqamətdə hərəkət edən başqa bir minik avtomobili ilə qarşılaşıb və sürət həddini azaldaraq KamAZ-la "Mercedes C-Class"ın arasına keçməyə cəhd edib. Həmin vaxt KamAZ-ın arxasınca hərəkət edən "Mercedes C-Class" markalı avtomobilin sürücüsü "Mercedes E-Class"-in sürücüsünə yol verməyib. Nəticədə avtomobil KamAZ-a çırpılıb. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı