• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 20.09.2017 10:01

Fizika qanunlarını alt-üst edən motor ixtira edildi

Çinli alimlər yanacağa ehtiyac duymayan və iş prinsipi ilə fizika qanunlarını alt-üst edən yeni inqilabi mühərrik ixtira ediblər. Bu sözlər Çin jurnalistlərinə aiddir. Yerli medianın yazdığına görə, EmDrive motoru hələ ötən il “Tyanqun-2” kosmik laboratoriyasında uğurla sınaqdan keçirilib, indi isə onu birbaşa kosmosda test edəcəklər. Güc aqreqatı mikrodalğalar yaradan maqnetrondan və bu dalğadan enerji yığan rezonatordan ibarətdir. Belədə EmDrive sanki özü özünü qidalandırır. Bu isə Nyutonun üçüncü qanununu pozur, yəni ixtiyari iki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə əksdir fikri bu metodla iflasa uğrayır. Kim bilir, bəlkə də yaxın gələcəkdə bu texnologiya ilə insanlar texnoloji tarixin inkişafında çox güclü bir sıçrayış əldə edəcəklər. Qərb alimləri isə çinlilərin bu ixtirasını uydurma adlandırıblar. RAN kosmik araşdırmalar institutunun aparıcı əməkdaşı Natan Eysmontun qeyd edib ki, çinlilərin iddiası əsassızdır və fizika qanunları adi qanunlar deyil ki, pozulsun.

 

Cavanşir Məmmədzadə