• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2237
— 09.08.2017 15:24

Şəmkirdə 80 min tut tingi əkiləcək

KepezTV Player

Şəmkirdə baramaçılığın inkişafı ilə bağlı rayon müşavirəsi keçirilib. Çıxış edənlər rayonda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərdən və əldə olunan nəticələrdən danışıblar. Aqrar sektorda yüksək gəlir əldə etmək üçün əlverişli sahə olan baramaçılığa maraq ilbəil artır. Rayonda 40 min tut tingi əkilib. Göstərilən aqro-texniki qulluq sayəsində məhsuldarlıq proqnozlardan yüksək olub. Bu isə fermerlərin bu sahəyə marağını xeyli artırıb. Növbəti il tut tinglərinin sayının 80 minə çatdırılması planlaşdırılır. Çıxış edənlər baramaçılığın uzun fasilədən sonra bərpa edilməsinin şəmkirlilər tərəfindən müsbət qarşılandığını və növbəti illərdə daha çox məhsul əldə edəcəklərini vurğulayıblar. Toplantı diskussiya şəklində davam edib. Kənd təsərrüfatı mütəxəssiləri yerli fermerləri narahat edən sualları cavablandırıblar.

 

Vəfa Şairova