• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1127
— 21.07.2017 22:01

64 yaşlı kişi kəsdiyi ağacın altında qaldı

KepezTV Player

Lerikdə 64 yaşlı kişinin üzərinə ağac aşıb. Hadisə rayonun Çayrud kəndində meşə ərazisində baş verib. Kənd sakini 64 yaşlı Fəzan Muradov yük maşını ilə meşədən ağac gətirməyə gedib. Hadisə də elə bu zaman baş verib. Meşədə ağac kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə aşıb. Fəzan Muradov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Baş verən bədbəxt hadisə ilə bağlı Lerik rayon polis şöbəsinin məlumat verilib. Faktla bağlı Lerik rayon prokrorluğunda araşdırma aparılır.