• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 21.07.2017 17:33

Samuxda mətbuat işçiləri ilə görüş keçirilib

KepezTV Player

Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının qərargahında kütləvi informasiya vasitələrinin nümayədələri ilə görüş keçirilib. Çıxış edənlər mətbuat işçilərini əlamətdar gün münasibətilə təbrik edərək, ölkəmizdə milli mətbuatın yaranma tarixindən danışıblar. “Əkinçi” qəzeti ilə fəaliyyətə başlayan və bu il 142 yaşını qeyd edən milli mətbuatımız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha da inkişaf edib. Ölkəmizdə demokratiya, söz və mətbuat azadlığı sahəsində həyata keçirilən tədbirlərin məhz ulu öndərin adı ilə bağlıdır. Çıxışlarda mətbuata dövlət qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi önə çəkilib. Natiqlər  rayonun sosial iqtisadi və mədəni həyatında baş verən yeniliklərin içtimayyətə çatdırılmasında region jurnalistlərinin fəaliyyətini də yüksək qiymətləndiriblər. Rayonda nəşr olunan Yeni Samux qəzetinin ayda bir dəfə oxucuların görüşünə gəldiyi diqqətə çatdırılıb. Tədbirin sonunda mətbuat işçilərinə fəxri fərman və mükafatlar təqdim olunub.

Natiq Hüseyn