• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1916
— 21.07.2017 10:57

Gəncədə yolu keçən ana və övladını maşın vurdu (Yenilənib)

KepezTV Player

28 may küçəsində baş verən hadisə zamanı Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilən körpənin də həyatını xilas etmək mümkün olmayıb.

20-07-2017 22:18-ə olan xəbər: Gəncədə yol qəzası baş verib. Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Yolu keçən ana və övladı “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Nəqliyyat vasitəsi daha sonra “Daewoo” markalı avtomobilə çırpılıb.Sürücü dərhal yaralıları şəhərdəki xəstəxanalrdan birinə aparıb. Göstərilən tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının vəziyyəti isə ağır qiymətləndirilir. Sürücü hadisədən sonra polisə təslim olub. Fakt araşdırılır.

Natiq Hüseyn