• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1871
— 20.07.2017 14:14

Yeni mövsüm öncəsi məşqlərin ikinci mərhələsi üçün Türkiyədə olan "Kəpəz" hazırlığını davam etdirir

KepezTV Player

Gəncəlilər qonşu ölkədə heyətinə yeni oyunçular cəlb etməklə yanaşı, yoxlama oyunlarında da qüvvəsini sınayacaq. Toplanışla bağlı komandanın baş məşqçisi Şahin Diniyev ARB KƏPƏZƏ fikirlərini bölüşüb. Sarı-göylər ayın 15-dən Ərzurumda hazırlıq keçir. Artıq 3-cü ildir ki, yay toplanışının xaricdə olan hissəsi məhz bu şəhərdə təşkil edilir. Komanda gündə iki dəfə - səhər və axşam olmaqla məşqlərə çıxır. Kəpəz Türkiyədə 3 yoldaşlıq görüşü keçirəcək. İlk olaraq bu gün Samsunsporla qarşılacaq dağlılar ardınca ayın 22-si və 24-də  daha 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Şahin Diniyev heyətə cəlb edilən oyunçuların qısa vaxtda komandaya uyğunlaşmasına sevindiyini də gizlətməyib.“Kəpəz”in yeni futbolçuları nigeriyalı Laki Victor, malili Dialo Samba və braziliyalı Dedimar Ferreyradı. Həmçinin 2 yerli oyunçu - Aydın Qasımov və Serqey Çernışev də yeni mövsümdə Kəpəzin uğurları üçün çalıacaq.

ORXAN CƏFƏRZADƏ