• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 19.07.2017 14:14

Qarabağ Çempionlar Liqasında mərhələ adladı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ” Gürcüstan "Samtredia” komandasının qonağı olub. Tbilisidəki Boris Payçadze adına "Dinamo" Arenasında baş tutan görüşdə 1 qol qeydə alınıb. 22-ci dəqiqədə ağdamlılardan Donald Geryenin qolu qarşılaşmada yeganə olub. Bununla da iki oyunun nəticəsinə görə 6:0 hesabıyla qalib gələn Qarabağ növbəti mərhələyə yüksəlib. Təmsilçimiz 3-cü təsnifat mərhələsində "Kukesi” - "Şerif” cütünün qalibi ilə üz-üzə gələcək.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

18 iyul

 

“Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Gerye, 22

Baş hakim: Srcan Yovanoviç

Tiflis. Boris Payçadze adına “Dinamo Arena”

İlk oyun – 0:5

ORXAN CƏFƏRZADƏ