• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2137
— 18.07.2017 22:46

Partlamamış hərbi sursat tapıldı

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən ANAMA-ya Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində 2 ədəd partlamamış sursatın aşkar olunması barədə məlumat daxil olub.Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Ağdam rayonu, Orta Qərvənd kəndi ərazisində 1 əkin sahəsinə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 2 ədəd partlamış minaatan mərmisinin qalıqları aşkar edilərək götürülüb.Aşkar olunmuş mərmi qalıqlarının ətrafında 5 000 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.