• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 18.07.2017 22:52

Yanan dərzi sexində bir nəfər öldü, biri yaralandı

KepezTV Player

Paytaxtda dərzi sexində yanğın olub. Hadisə zamanı bir nəfər dünyasını dəyişib, bir nəfər isə xəsarət alıb.Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən atelye yanıb. Yanğın nəticəsində həyatını itirən 67 yaşlı Mustafa Yusifov həmin atelyedə dərzi kimi çalışıb. Onun tüstüdən zəhərləndiyi ehtimal olunur.  İlkin ehtimala görə yanğına elekrit naqillərində baş verən qısaqapanma səbəb olub.