• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2221
— 18.07.2017 17:58

Cüdo üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını başa vurduqdan sonra iyulun 20-də səfərə çıxacaq

Yığma üzvləri iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa açıq çempionatına qatılacaqlar. 50 ölkədən 500-ə yaxın cüdoçunun mübarizə aparacağı mötəbər yarışda Azərbaycanı 16 idmançı təmsil edəcək. Minskdə Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Fəqan Quluzadə, Məmmədli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Rüfət İsmayılov, Elmar Qasımov, Elxan Məmmədov, Uşanqi Kokauri, Səkinə Zayırova, Gülsədəf Kərimova, Kristina Jukovets və Nuriyyə Axundova tatami üzərinə çıxacaq.

ORXAN CƏFƏRZADƏ