• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 18.07.2017 17:58

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq

Təmsilçimiz Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Samtredia” ilə üz-üzə gələcək. Tiflisdəki səfər görüşü böyük ölçüdə formal xarakter daşıyır. Buna səbəb ilk oyunda ağdamlıların 5 cavabsız qolla qələbə qazanmasıdı. Görüş Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

18 iyul

21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Srcan Yovanoviç

Tiflis. Boris Payçadze adına “Dinamo Arena”

İlk oyun – 0:5

ORXAN CƏFƏRZADƏ