• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 993
— 11.07.2017 17:08

Azərbaycanlı mütəxəssis yeni qarğıdalı sortu yetişdirib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə sahəsində rayonlaşdırılan və dövlət reyestrinə salınan “məhsuldar qarğıdalı sortu” adına uyğun olaraq çox məhsuldardır.

Firuddin Qurbanov - ADAU-nun laboratoriya müdiri : Silos kimi yaşıl kütlə çıxımı hektardan 800-1000 sentner, hər bitkidə 3-6 qıça, qıça yəni dən məhsulu da 120-150 sentner olmaqla bütün sortları üstələyir. Ancaq bu gün elə xaricdən gətirilən və digər sortlar da alçaqboylu olur. Onların məhsuldarlığı 300-500 sentner, qıça məhsulu isə 60-100 sentner olsa da bizim sortlar ən azı 20 sentner artıqdır.

Hər bir bitkinin əhəmiyyəti yüksək məhsuldarlıq və heyvandarlığın inkişafı üçün yaşıl kütlə verməsi ilə ölçülür. 3-4 metrədək boyu ilə sələflərindən fərqlənən “məhsuldar qarğıdalı”nı əkərkən torpaq iqlim şəraiti, aqrotexniki tədbirlərə düzgün riayət olunmaldır.

Firuddin Qurbanov - ADAU-nun laboratoriya müdiri: Məhsuldar qarğıdalı sortu suya tələbkar olduğu üçün Şəki-Zaqatala, Gəncə-Qazax və Azərbaycanın suvarılan ərazilərində əkilə bilər. Dəmyə şəraiti üçün qarğıdalı toxumunu vermirik. Suvarılan zonalar üçün toxumlar çox əlverişlidir.

Dövlət reyestrinə salınan, rayonlaşdırılmış 10-dək qarğıdalı sortundan 4-nün müəllifi Azərbaycan Dövlət Aqrar Universitetidir. Onlardan biri olan “məhsuldar qarğıdalı” yerli sortların üzərində seçmə və çarpazlaşdırma işəri apararaq alınıb. Artıq fermerlər universitetə müraciət edib toxumun alınması ilə bağlı müqavilə bağlaya bilərlər.