• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2174
— 06.07.2017 20:01

Samuxda küləyin fəsadı...Ağac “Niva”nın üzərinə aşdı

KepezTV Player

Qərb bölgəsində əsən güclü külək Samuxda fəsadlar törədib. Axşam saat 18.00 radələrində rayonun Sərkar kəndində iri gövdəli çinar ağacı qırılaraq Əlövsət Abbasova məxsus “Niva” markalı avtomobilin üzərinə aşıb. Nəticədə minik maşını yararsız hala düşüb. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri əraziyə cəlb olunublar. Küləyin vurduğu ziyan araşdırılır.

Natiq Hüseyn