• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 991
— 05.07.2017 19:28

"QAZel" aşdı, iki nəfər yaralandı

KepezTV Player

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. Rayonun  Nərəcan yolu ərazisindən keçən hissədə "QAZel" markalı yük maşını qarşıdan gələn "Prado" ilə toqquşmamaq üçün yoldan çıxaraq aşıb. Hadisə zamanı Qazeldə olan Samuxun Bağmanlar kənd sakini 23 yaşlı Qalib Xanlarov və Kürdəmirin Yenikənd kənd sakini 28 yaşlı Eyyub Eminov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər.Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.