• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1186
— 05.07.2017 19:26

Piyada yol qəzasının qurbanı oldu

KepezTV Player

Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Sultan Gülməmmədov idarə etdiyi “VAZ 21074” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz şəhər sakini, 68 yaşlı Vidadi Ağayevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Vidadi Ağayev Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Qəbələ MRX-a göndərilib. Göstərilən müdaxilələrə baxmayaraq, Ağayevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.