• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 29.06.2017 13:51

Qəzalar yenə mala və cana ziyan verdi

KepezTV Player

Şəkidə iki nəfər “VAZ-2106” markalı avtomobillə vurulub. İyunun 28-də saat 23:30 radələrində Şəki şəhər sakinləri – 35 yaşlı Elnur Rəsulov və 36 yaşlı Anar Muradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir. Məlum olub ki, Elnur Rəsulov Qoxmuq çayı üzərindəki körpüdə xarab olub qalan və özünə məxsus minik avtomobilini Anar Muradovla birlikdə təmir edən zaman yoldan keçən avtomobil onları vurub və hadisə yerindən qaçıb.

Bakının Nəsimi rayonunda da qəza olub. Ruslan Qarayev idarə etdiyi taksi ilə Abbasqulu Ağa Bakıxanov küçəsində hərəkət edən zaman işıqforun sarı işığına məhəl qoymayaraq yolu keçib. Nəticədə avtomobil Azadlıq prospekti ilə hərəkətdə olan "Azsamand" markalı nəqliyyat vasitəsilə toqquşub. Zərbənin təsirindən "Azsamand" işıqfora, "London taksisi" yol nişanına, sonra isə ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobillər evakuatorlarla cərimə meydançasına aparılıb.

Daha bir hadisə Qubanın Zərdabi qəsəbəsi ərazisində qeydə alınıb. Xaçmaz istiqamətində hərəkət edən “Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Hadisə baş verən ərazidə bir müddətdir ki, təmir işləri aparılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub. Zərbənin təsirindən yolun kənarındakı bir neçə ağac kökündən çıxıb.

Zülfiyyə Telmanqızı